Hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA

Cəmiyyət


Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şahdağda qar yağıb, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Astarada 24 mm, Lənkəranda 14 mm, Yevlaxda 10 mm, Şahdağda, Qaxda 7 mm, Yardımlı, Şəki, Ordubad, Mingəçevir, İsmayıllı, Şərur, Zaqatala, Göyçay, İmişli, Oğuz, Naftalan, Gədəbəy, Sabirabad, Qrız, Quba, Lerik, Qəbələ, Naxçıvan, Şahbuz, Daşkəsən, Gəncə, Qusar, Şamaxı, Ağsu, Tərtər, Beyləqan, Kürdəmir, Biləsuvarda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Oktyabrın 9-da şimal-qərb küləyi arabir Naftalanda, Daşkəsəndə 28 m/s, Mingəçevirdə 26 m/s, Qobustanda 24 m/s, Tərtərdə 22 m/s, Şahdağ, Tovuz, Şirvan, Neftçala, Gəncədə 20 m/s, Gədəbəydə 18 m/s, Yevlaxda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27-32 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,4 metrə çatıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir