“Şəhərlərin irsi lazımi səviyyədə qorunmalıdır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, türk dünyası şəhərləri dünya şəhər mədəniyyətinin beşiklərindən biridir:
“Buna onlarla şəhərləri misal göstərmək olar. Bu şəhərlərin mədəni mühitinin qorunması üçün işlər aparılmalıdır. Bir neçə gün sonra Şuşada konfrans keçiriləcək. Bu konfransımız irs şəhərlərimizi qorumaq üçün yeni töhfələr verəcək”.
Könül Cəfərli
www.102info.az