“Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə keçirilir”.
Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, hazırda müsahibənin – I mərhələsi, yəni test mərhələsi keçirilir:
“Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, müsabiqə nəticəsində yüksək nəzəri biliyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, geniş dünyagörüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar”.
Aytac Qasımova
www.102info.az