Bakı şəhər sakini Bəhruz Tariyel oğlu Quliyev yaşadığı evin həyətində quraşdırılmış dəmir konstruksiyalı asılqandan bel kəməri ilə özünü asaraq intihar edib.
“Report” xəbər verir ki, ilkin araşdırma zamanı 1971-ci il təvəllüdlü B.Quliyevin əvvəllər işemik insult keçirdiyi, bununla əlaqədar bir sıra psixoloji gərginlik yaşadığı, son zamanlar isə həyatından narazı olduğu məlum olub.
Hazırda faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az