Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, bir nəfər “beşbarmaq”la vurulub.
“Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü R.Abışov kafelərin birində tanımadığı şəxslə mübahisə edib. Mübahisə əsnasında həmin şəxs onu beşbarmaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az