Nil Vatson: “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verilməlidir”

Cəmiyyət


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı mühüm təşəbbüsünü dəstəkləmək lazımdır”.

“Report” xəbər verir ki, bunu britaniyalı jurnalist və vətəndaş cəmiyyəti fəalı Nil Vatson deyib.

“Minalar bəşəriyyət üçün əsas təhlükələrdən biridir. 30 ildən sonra ərazisini işğaldan azad edən Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət xüsusilə ağırdır. Burada minlərlə mina yerləşdirilib. Bərpa prosesinə başlamazdan və insanlar evlərinə qayıtmazdan əvvəl torpaqlar minalardan təmizlənməlidir. Ona görə də mən hamını bu mühüm təşəbbüsü dəstəkləməyə çağırıram və Azərbaycana böyük uğurlar arzulayıram”, – britaniyalı jurnalist vurğulayıb.

Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.

Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir