Oktyabrın 11-i saat 17:00-a olan məlumata əsasən, Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib.
“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-də 24 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.
www.102info.az