Mingəçevirdə azyaşlını avtomobil vurub

Cəmiyyət


Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Əli Vüqar oğlu Mustafazadəni minik avtomobili vurub.

Xəsarət alan 12 yaşlı Ə.Mustafazadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love