Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.
Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən Heydər Əliyev Sarayında keçirilən yarmarkada 100-dən artıq özəl və dövlət müəssisəsindən 1 000-ə yaxın vakansiya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinlərinə təqdim edilir.
Yarmarkada iştirak edən şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat təqdim edilir.
www.102info.az