Oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd lüləsi kəsik ov tüfəngi və 4 ədəd güllə Göygöl rayonu Çaylı kəndində boşluq ərazidə aşkar edilərək götürülüb.
Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az