Gəncə şəhərində dilənçilərlə bağlı reyd keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbir zamanı şəhər ərazisində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.
Polis şöbələrinə aparılan şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
www.102info.az