Bakıda avtomobil 61 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Cəmiyyət


Bakının Səbail rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yolu keçən 1962-ci il təvəllüdlü Qasımov Nadir Rəhman oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

www.102info.az

Spread the love