“Gözəl bala, adını bilmədik, amma sən Xocalının ruhu oldun…” – FOTO

Cəmiyyət


Prezident İlham Əliyev ötən gün Xocalı şəhərində və Əsgəran qəsəbəsində olub. O, Əsgəranda Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı vaxtilə Azərbaycan xalqına qarşı törədilən tarixin ən qanlı soyqırımlarından birinin şahidi olan Xocalı şəhərinin ərazisinə baxış keçirib.

Bu məqamda Xocalıdan olan, adı belə naməlum qalan beş yaşlı qızın məzarı yada düşür.

Jurnalist Ayaz Mirzəyev də həmin naməlum məzarla bağlı paylaşım edib:

“Gözəl bala, biz səni heç vaxt unutmadıq! Adını bilmədik, amma sən bizim üçün Xocalının ruhu oldun… Bir gecədə öldürülən 63 günahsız uşağın rəmzi oldun…

Nəhayət, həmin gün yetişdi. Torpaq qayıtdı, bayraq ucaldı! Ruhun şad olsun, bala!”

Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Xocalıda törədilən soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir