Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başlayır

Cəmiyyət


Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun Əhmədlinin kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 17-nə təyin edilib. Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsun Əhmədli 12 il müddətinə azadlıqdan məhrum olunub.

İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib. İstintaq materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan Azərbaycana şam ağacı idxalı və satışını təşkil etmək, toyuq budu idxal edib Çində satmaq, borc pul alıb qaytaracağı barədə və digər vədlər verib. Daha sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.

Cinayət işində bir neçə zərərçəkmiş var. O, həmin şəxslərdən ümumilikdə 3 378 837 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir