“Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkının tikintisinin ikinci mərhələsi də hazırlanacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.
Onun sözlərinə görə, burada körpü salınacaq:
“Parkın sonundakı məbədin ətrafı abadlaşdırılacaq”.
Qeyd edək ki, Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.
İlhamə Əbülfət
www.102info.az