Lənkəranda bank işçisi meşədə özünü asıb

Cəmiyyət


Lənkəranda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonunun Rvo kəndində şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

İstintaqa lazım olan maddi sübutlar götürülür.

R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir