Oktyabrın 6-da Quba-Xaçmaz yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan 42 yaşlı sürücü xəstəxanada dünyasını dəyişib.
“Report” xəbər verir ki, 1981-ci il təvəllüdlü Pərviz Eynulla oğlu Hüseynov Sumqayıt şəhər xəstəxanasında ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
www.102info.az