Vaqif Xaçatryanın Meşəli sakinlərinə köməyə gəldikləri üçün öldürdüyü polis və hərbçilərin adları məlum oldu

Cəmiyyət


Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.

“Report”un məlumatına görə, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam Rayon Polis (keçmiş milis) Şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları – 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 6 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş 18110 saylı hərbi hissəsinin hərbi qulluqçuları – 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu bu gün növbəti məhkəməsi keçirilən Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetiriliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir