“Füzulidə itkinlərin axtarışı üzrə ekshumasiya aparılır”.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Melahet Elif Günce jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ötən il Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə pilot layihəyə başlanıb:
“Layihə hələ də davam edir və hazırda bunun 6-cı ərazi çalışması gerçəkləşdirilir. Bununla da ərazi fəaliyyəti tamamlanacaq və identifikasiyaya fokuslanacağıq”.
Aysel Aslan
www.102info.az