Gürcüstanda azərbaycanlı torpaq kütləsinin altında qalaraq ölüb – FOTO

Cəmiyyət


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində 57 yaşlı etnik azərbaycanlı Elbəy Mehdiyev torpaq kütləsinin altında qalaraq həlak olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində kanalizasiya xəttinin çəkilişi zamanı baş verib. Məlumata görə, E.Məmmədov üç metr dərinlikdə işləyərkən üzərinə torpaq kütləsi aşıb və o, hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Ölənin meyiti tibbi ekspertizaya aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir