Azərbaycanda suvarma kanallarında aparılan lildən təmizləmə işlərinin həcmi açıqlanıb

Cəmiyyət


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda suvarma kanalları və kollektor-drenaj şəbəkələrində 30 milyon 662 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Hesabat dövründə magistral kollektor-drenaj şəbəkələri vasitəsilə Xəzər dənizinə 2,363 milyard kubmetr həcmində qrunt suları axıdılıb, 11 min 815 ton duz kənarlaşdırılıb.

Ümumilikdə bu ilin 9 ayı ərzində görülmüş tədbirlər nəticəsində 120 hektar yeni suvarılan sahə əkin dövriyyəsinə cəlb edilib, 10 min 144 hektar sahənin su təminatı və 800 hektar sahənin isə meliorativ vəziyyəti yaxşılaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir