Azərbaycanda qanunsuz içki istehsal edən müəssisə bağlanıb – FOTO

Cəmiyyət


Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs Arzu Aydın oğlu İsmayılova məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir