AZƏRTAC xarici ölkələr üzrə müxbir vəzifələrinə vakansiya elan etdi

Cəmiyyət


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Belçika (Brüssel), Almaniya (Berlin), İsrail (Təl-Əviv) və Misir (Qahirə) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.

Oxu.Az iş barədə məlumat və tələbləri təqdim edir:

– Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;

– Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;

– İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;

– Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;

– Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;

– Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

Tələblər:

– Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;

– 25-55 yaş arası olmalı;

– KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;

– İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);

– Müvafiq hallarda məntəqənin yerləşdiyi ölkənin dilini bilmək tələb oluna bilər;

– Stresli vəziyyətlərə davamlı olmalı;

– Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;

– Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;

– Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;

– Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;

– Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;

– Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il noyabrın 1-dək vakansiya@azertac.az ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin (yalnız bir ölkə qeyd olunmalıdır) adını yazmaq xahiş olunur.

Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

www.102info.az

Spread the love