Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini, 1962-ci il təvəllüdlü Xələf Hüseyn oğlu Hüseynov dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.
www.102info.az