Hava qeyri-sabit keçib, leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Cəmiyyət


Oktyabrın 19-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəranda 10 mm, Lerikdə 9 mm, Ordubadda 7 mm, Neftçalada 5 mm, Astara, Şahbuz, Qax, Biləsuvar, Yardımlı, Quba, Şəki, Sədərək, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Ağdam, Göygöl, Oğuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Daşkəsən, Göytəpə, Bərdə, Qəbələ, Zaqatala, Göyçay, İsmayıllı, Zərdab, İmişli, Sabirabad, Cəfərxanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Göyçay, Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Oğuz, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Şərur, Gədəbəy, Lerikdə duman müşahidə olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir