“Gələn ilin birinci rübündə Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə başlanılacaq və bu proses 400-ə yaxın ailəni əhatə edəcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Bu yaxınlarda Şuşada genişmiqyaslı yol infrastrukturunun inşasına başlanılacaq. Hazırda sosial obyektlərin tikintisi prosesi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq”, – deyə o qeyd edib.
www.102info.az