Bakıda yol-nəqliyyat hadisəsi baş verib, sərxoş sürücü hadisə yerindən qaçıb – VİDEO

Cəmiyyət


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, görüntülər yaxınlıqdakı ərazinin nəzarət kamerası vasitəsi ilə lentə alınıb.

Belə ki, sürət həddini aşan avtomobil hərəkətdə olan maşına, daha sonra isə yol kənarındakı növbəti avtomobilə çırpılıb.

Qəza vəziyyəti yaradan sürücü hadisə yerindən qaçıb.

Onun spirtli içkinin təsirində olduğu bildirilir.

Hadisə zamanı ölən və xəsarət alan barədə dəqiq məlumat yoxdur.

www.102info.az

Spread the love