Bakıda evdə partlayış zamanı yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb

Cəmiyyət


Bakıda doqquz gün əvvəl evdə partlayış zamanı yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb.

APA xəbər verir ki, oktyabrın 11-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində fərdi yaşayış evində qaz sızmasından baş verən partlayış zamanı yanıq xəsarətləri alan Nurəngiz Ağayeva ötən gecə müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az