Vətəndaşların NƏZƏRİNƏ: Kirayə mexanizmi çərçivəsində yeni mənzillər təqdim olundu

Cəmiyyət


İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində daha 171 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, mənzillər bir və ikiotaqlı olmaqla aylıq ödənişləri 376 manatdan başlayır.

Onlar Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir