Son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizinin səviyyəsindən 28,78 metr azdır:
“Son beş ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq”.
www.102info.az