Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində restoran yanıb.
“Report”un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərməyən restoranda yanğın başlaması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
www.102info.az