Tovuzda zəncirvari qəza olub

Cəmiyyət


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində – “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, KIA və “Mitsubushi” markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

www.102info.az

Spread the love