Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub – FOTO

Cəmiyyət


Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.

Oxu.Az xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

İlkin müayinələr baş tutub və onun udduğu səkkiz ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.

Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.

Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir