Bakıda üç yaşlı körpəni avtomobil vurdu

Cəmiyyət


Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 2020-ci il təvəllüdlü M.Z.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az