Bakı-Qazax magistralında betonqarışdıran avtomobil yük maşını ilə toqquşub – FOTO

Cəmiyyət


Bakı-Qazax magistralında betonqarışdıran avtomobil yük maşını ilə toqquşub.

APA-nın xəbərinə görə, qəza Goranboy rayonu ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.

Qarşısındakı yük avtomobilinə çırpılan betonqarışdıran avtomobilə ciddi ziyan dəyib. Hazırda magistral yolda qismən sıxlıq müşahidə olunur.

www.102info.az