Ağstafada sərxoş vəziyyətdə intihar etmək istəyən şəxsi polis xilas edib.
Oxu.Az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinə rayon ərazisində 1976-cı il təvəllüdlü Soyuqbulaq kənd sakini Həsən İbrahimovun 13 metr hündürlüyündə dəmir konstruksiyadan özünü yerə atmaq istəməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Vətəndaş təhlükəsiz şəkildə aşağı düşürdülüb.
Ağır dərəcəli sərxoş olan şəxs hər hansı bur xəsarət almayıb.
www.102info.az