Şəmkir rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Sabirkənd kəndi ərazisində VAZ-2107 markalı avtomobil kənd sakini, 2018-ci il təvəllüdlü S.Məmmədovu vurub.
Nəticədə ağır xəsarətlər alan azyaşlı hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az