Zabrat ağsaqqalları “işini bilən” qadınlardan danışdılar – VİDEO

Cəmiyyət


Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında zabratlı ağsaqqallar köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıblar.

Tarix müəllimi Asif Hüseynov deyir ki, əvvəllər qonşuluq əlaqələri daha möhkəm olub:

“Bir kişi evdən gedəndə “qonşu evdə yoxam” deyərmiş. O da gecə rahat yatmazmış ki, qonşum mənə əmanət qoyub gedib. O vaxtı bağların hasarı olmazdı. Hamı bilirdi ki, bu ağacdan o yana filankəsin bağıdır. Heç bir uşaq da o adamın bağına girməzdi”.

Zabrat sakini Hacı Əliağa isə kişiyə hörmətin onun xanımından başladığını vurğulayıb:

“Şeyx Şamildən soruşurlar ki, necə olur aul sənə hörmət edir? Deyir ki, mən evə girəndə zövcəm ayağa durur, uşaqlar da ona baxıb ayağa durur. Qonşular da uşaqlara baxıb bunu edir. Bu, ədəb-ərkana görə belə olur”.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir