Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
www.102info.az