Taleh Kazımov: “Siyasi arenada nüfuzumuz kibertəhlükəsizlik sahəsində peşəkar kadrlar yetişdirməyə sövq edir”

Cəmiyyət


“Müasir kommunikasiya sahəsində, yeni nəsil rəqəmsal texnologiyalar arasında region ölkələri arasında xüsusi yerdəyik. Siyasi arenadakı nüfuzumuz bizi kibertəhlükəsizlik sahəsində peşəkar kadrlar yetişdirməyə, baza yaratmağa sövq edir”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılış mərasimində deyib. 

O bildirib ki, ölkə başçısının 2023-2027-ci illər üçün təsdiq etdiyi kibertəhlükəsizlik sahəsindəki qərarı bu sahədə müasir çağırışlara xidmət edəcək: 

“Ənənəvi bankçılıq informasiya və fiziki təhlükəsizliyin qorunmasına xüsusi diqqət verir. Artıq 2023-cü ilin 9 ayı ərzində internet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyard manat olub. Mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2,4 faiz artaraq 18,5 milyard manat olub. Qapalı bankçılıqdan açıq bankçılığa və daha sonra açıq maliyyə konsepsiyasına keçidi reallaşdırmaq Mərkəzi Bankın əsas hədəfidir. Bu da kibertəhlükəsizliyin və kiberdayanıqlılığın artırılmasıdır.

Beynəlxalq standartlara əsaslanan və minimum tələbləri özündə cəmləşdirən Mərkəzi Bank xüsusi strateji istiqamət formalaşdırıb. Belə ki, Dünya Bankın üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə əməkdaşlıq çərçivəsində 2023-2026-cı illər üçün maliyyə bazarının kibertəhlükəsizliyi strategiyası hazırlanıb”. 

O qeyd edib ki, bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq: 

“Bu da iki təşkilat arasında maliyyə bazalarında İnformasiya təhlükəsizliyinin, kibertəhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. Kibertəhlükəsizlik və kiberdayanıqlılıq sahələrində etibarlı infrasturukturla yanaşı əlaqələrin də gücləndirilməsi önəmlidir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir