Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Mirkazım qızı Tanrıverdiyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Zamin Teyyub oğlu Tanrıverdiyev könüllü polisə gələrək təslim olub.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az