Səhiyyə nazirinin vəzifələri artırılıb

Cəmiyyət


Səhiyyə nazirinin vəzifələri artırılıb.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb.

Fərmanla səhiyyə naziri nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verə, Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edə biləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir