Kürdəmirdə ağır qəza: Ölənlər və xəsarət alanlar var – FOTO

Cəmiyyət


Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir