Sumqayıt sakini naməlum şəxs tərəfindən bıçaqlandı

Cəmiyyət


Sumqayıt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elmir Tofiq oğlu Tağıyev aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

E.Tağıyev dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az