“İqtisadiyyat və sağlam iqtisadi göstərici olmadan musiqi öləcək”.
“Report” xəbər verir ki, bunu “Xəzər TV”nin prezidenti, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
O, auditoriyanın zövqünü formalaşdırmaq üçün çox çalışdıqlarını bildirib:
“Ötən gün bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər.
Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma “bu pisdir” deyə bilməzsiniz. Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətinizi bildirə bilərsiniz. Biz müqayisə etməyi bacarmalıyıq. Biz, sadəcə, yayımçıyıq. Bu baxımdan sizin də bizə kömək etməyinizi istəyirik”.
www.102info.az