Sumqayıtda qətl törədən şəxsin ailəsindən açıqlama: “Həmin günü işə gedib” – VİDEO

Cəmiyyət


“Yaxşı qonşular idi. Ədavətimiz, düşmənçiliyimiz yox idi. Oğlum hadisəni törətdikdən sonra evə gəlib, daha sonra işə gedib”.

Bunu Sumqayıtda evə silahlı basqın etməkdə ittiham olunan şəxsin anası Əntiqə Tağıyeva Baku TV-yə açıqlamasında deyib.

Saxlanılan şəxsin qardaşı Xəqani Tağıyev isə birlikdə işə getdiklərini bildirib:

“Saat 08:30-da birgə işə getmişik. Silahının olduğunu görməmişəm. Öz silahı olmayıb, başqasından əldə edib”.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər – Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir