Tovuz rayonunda uşaq bağçası qəzalı vəziyyətdədir.
Belə ki, rayonun Aşağı Öysüzlü kənd 1 saylı körpələr evi-uşaq bağçasının pəncərələri qırıq, döşəməsi çürük, damı isə köhnədir.
Görünür, 1971-ci ildən fəaliyyət göstərən bağça artıq istismar müddətini başa vurub.
Burada çalışan müəllimlər hər an təşviş içərisində olduqlarını bildiriblər.
Valideynlərin sözlərinə görə, yağış yağarkən su bağçanın içərisinə dolur.
Nəticədə uşaqlar tez-tez xəstələnir və bu da davamiyyətə ciddi təsir edir.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
www.102info.az