“Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosid aparılıb”.
“Report”un xəbərinə görə, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” adlı ictimai dinləmədə “Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən saxta yollarla təhrif edilməsi və ədalətin bərpası yolları” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas tərkib hissəsindən biri tarixi toponimlərin bərpa edilməsidir:
“Ermənistan SSR Ali Sovetinin rəsmi qərarı ilə 1946-68-ci illərdə 663 yerin adları dəyişdirilib və erməniləşdirilib. Həmçinin, 1946-54-cü illərdə 326 yer adı dəyişdirilib. Bu, açıq şəkildə Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosidin aparılması idi. Növbəti dalğa isə 1948-53-cü illərdə olub, bu zaman 448 kənd tamamilə ləğv edilib və bu proses azərbaycanlıların sonuncu deportasiyasına qədər davam edib”.
www.102info.az