Arxeoloji ekspedisiyaların fəaliyyət müddəti artırılıb

Cəmiyyət


“Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən) çox davam edərsə, ekspedisiya yenidən yaradılacaq və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Bir ekspedisiyanın fəaliyyət müddəti arxeoloji ekspedisiyalarda ən çox 60 (altmış) gün) nəzərdə tutulacaq. İndiyə qədər bir ekspedisiyanın fəaliyyət müddəti ən çox 30 (otuz) gün nəzərdə tutulurdu. Qərara əsasən, ekspedisiyanın şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər mülki-hüquqi müqavilə əsasında işə götürülən işçi ekspedisiyanın şəxsi heyətini təşkil edə biləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir