“Yüksək texnologiyalar sahəsində, təbii ki, hər zaman inkişaf var. Amma sırf bu peşə yönünə köklənmək də doğru olmaz”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunun “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün dünya alternativ, o cümlədən günəş enerjisindən danışır:
“Əvvəllər bu sahəyə bugünkü qədər kadr lazım deyildi. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Etiraf edək ki, sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi. Amma tətbiqi iş praktiki təcrübədən sonra mümkün idi”.
Nazir əlavə edib ki, peşə və ixtisaslar daim inkişaf etməlidir:
“Əhalinin məşğulluğu da əsas hədəflərdəndir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir”.
İlhamə Əbülfət
www.102info.az